Ucnoqta.az
www.ucnoqta.az

Ekvadorda telekanala hücum edənlər saxlanılıb

01:09 - 10 Yanvar 2024 tarixində dərc olunub.

Ekvadorun TC Televisi n telekanalına hücumun bir neçə iştirakçısı çərşənbə axşamı polis tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-da məlumat verilib.

"Quayaquil şəhərindəki TC Televiziyasının binasında keçirilən əməliyyat nəticəsində polis bölmələrimiz bir neçə subyekti həbs edə və cinayətlə bağlı sübut əldə edə bildilər", - deyə dörd şəxsin fotoşəkili ilə müşayiət olunan bəyanatda deyilir. 

Müəllif: Ucnoqta.az redaksiyası