Ucnoqta.az
www.ucnoqta.az

Dünyada ilk dəfə insan qanı əsasında akkumulyator yaradılıb

01:23 - 10 Yanvar 2024 tarixində dərc olunub.

Kordoba Universitetinin argentinalı alimləri elektrokimyəvi reaksiya üçün katalizator kimi insan qanının hemoglobindən istifadə edərək ilk dəfə akkumulyator prototipi yaradıblar.

Ucnoqta.az xəbər verir ki, tədqiqat Energy & Fuels (E&F) elmi jurnalında dərc olunub.

Tədqiqat qrupu, qan maddəsinin oksigenin azaldılması reaksiyasını sürətləndirdiyi zərərsiz sink-hava batareyası hazırlayıb. Reaksiya zamanı oksigen suya çevrilir və suya çevrilmək üçün elektronları buraxır.

İxtira müəlliflərindən biri Manuel Lunanın sözlərinə görə, 0,165 milliqram hemoglobinə malik prototip qurğu 20-30 gün işləyib. Bu cür akkumulyatorlar mənfi ekoloji şəraitə daha davamlıdır və biouyğundur, bu da onları kardiostimulyatorlarda və bədənə implantasiya edilən digər cihazlarda təhlükəsiz istifadə etməyə imkan verəcək.

Alim qeyd edib ki, perspektivli akkumulyatorlar üçün hemoglobini istənilən məməlilərin qanından almaq olar.

İndiyə qədər inkişafın əsas çatışmazlığı bu cür batareyaları doldura bilməmək olaraq qalır. Bunun üçün suyu yenidən oksigenə çevirəcək başqa bioloji zülal seçmək lazımdır. Həmçinin, bu cihazlar havasız məkanda istifadə edilə bilməz.

Müəllif: Ucnoqta.az redaksiyası