Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan vətəndaşları bu ölkəyə vizanı sərhəddə alacaq

18:48 - 9 Yanvar 2024 tarixində dərc olunub.

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.

Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

"Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk", - səfir yazıb.///trend

Müəllif: Ucnoqta.az redaksiyası