Ucnoqta.az
www.ucnoqta.az

Çingiz Hüseynov İsraildə dəfn olunacaq 

14:07 - 9 Yanvar 2024 tarixində dərc olunub.

Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq. 

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya yazıçının həyat yoldaşı məlumat verib. 

Onun sözlərinə görə, Çingiz Hüseynov sabah yerli vaxtla saat 10-da Ben Gior qəbiristanlığında dəfn ediləcək. 

Qeyd edək ki, uzun müddətdir İsraildə yaşayan yazıçı Çingiz Hüseynov bu gecə 94 yaşında vəfat edib. 

Müəllif: Ucnoqta.az redaksiyası