Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyada güclü zəlzələ baş verib

13:38 - 9 Yanvar 2024 tarixində dərc olunub.

Yanvarın 9-da Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsinin seysmoloqları məlumat verib.

Departamentin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:59-da Sado adası ərazisində qeydə alınıb. Zəlzələnin mənbəyi suyun 10 km dərinliyində olub. O, yanvarın 1-də baş verən güclü zəlzələdən xüsusilə zərər çəkmiş İşikava prefekturasının Noto yarımadasının yaxınlığında yerləşir.

Müəllif: Ucnoqta.az redaksiyası