Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - FOTO

10:18 - 9 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Şagird Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası