Ucnoqta.az
www.ucnoqta.az

İsrailin iki şəhəri raket atəşinə tutulub

00:02 - 8 Yanvar 2024 tarixində dərc olunub.

Fələstin "İslami Cihad" hərəkatının hərbi qanadı olan "Saraya əl-Qüds" (Qüds alayı) qruplaşması Qəzza zolağı ilə sərhədə yaxın yerləşən Sderot və Nirim şəhərlərinə kütləvi raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qrupun Telegram kanalında deyilir.

Bundan əlavə, "Saraya əl-Qüds" döyüşçüləri Qəzza zolağı ilə sərhədə yaxın yerləşən yəhudi yaşayış məntəqələrini atəşə tutduqlarını iddia edirlər.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası