Ucnoqta.az
www.ucnoqta.az

Prezident Mübariz Qurbanlını təltif etdi - SƏRƏNCAM

14:27 - 7 Yanvar 2024 tarixində dərc olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.

Müəllif: Ucnoqta.az redaksiyası