Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məşhur MTK pilləkənsiz bina tikib - VİDEO

13:49 - 5 Yanvar 2024 tarixində dərc olunub.

Bakıda hündürmərtəbəli binanın birinci mərtəbəsində pilləkən yoxdur.

Söhbət Səbail rayonu Rostoropoviç küçəsində yerləşən yaşayış binasından gedir.

Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə düşüb-qalxmaq mümkün olmayacaq.

Sakinlərin iddiasına görə, “Pilot Residence” MTK binadan mənzil alarkən onlara başqa layihə təqdim edib, indi isə ondan əsər-əlamət yoxdur.

“Evimizə girişi də satıblar” - sakinlər bildirir. 

Ətraflı ATV-nin süjetində:

Müəllif: Ucnoqta.az redaksiyası