Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə F-1 qumbarası tapılıb

11:26 - 2 Yanvar 2024 tarixində dərc olunub.

Gəncədə 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcısını taparaq aidiyyəti üzrə təhvil verib.

Müəllif: Ucnoqta.az redaksiyası