Ucnoqta.az
www.ucnoqta.az

İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb

08:49 - 30 Dekabr 2023 tarixində dərc olunub.

İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, Mask öz şirkətləri SpaceX və Tesla-nın uğurları sayəsində dünyanın 500 ən varlı adamı siyahısına başçılıq etməyə davam edir.

Bloomberg-in məlumatına görə, 500 ən varlı sahibkarın ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb. Amazon-un yaradıcısı Ceff Bezos bu il sərvətini 70 milyard dollardan çox, Meta korporasiyasının rəhbəri Mark Zukerberq isə 80 milyard dollar artırıb.

Müəllif: Ucnoqta.az redaksiyası