Ucnoqta.az
www.ucnoqta.az

Kiyevdə britaniyalı həkim ölü tapılıb

21:51 - 29 Dekabr 2023 tarixində dərc olunub.

Ukrayna Silahlı Qüvvələrində (AFU) xidmət edən britaniyalı həkim Ketrin Melniçuk Kiyevdəki mənzilində ölü tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti Ukraynanın “Project Konstantin” qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, 26 yaşlı Melniçukun meyiti dekabrın 24-də aşkarlanıb. İlkin məlumata görə, “onun ölüm səbəbi indiki mərhələdə şübhəli hesab edilmir”.

Müəllif: Ucnoqta.az redaksiyası