Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda avtomobil dörd piyadanı vurub - ADLAR

21:23 - 29 Dekabr 2023 tarixində dərc olunub.

 Biləsuvarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, Biləsuvar rayon sakini, Rəfail Qubadov idarə etdiyi "Nissan X Trail" markalı nəqliyyat vasitəsi ilə şəhər ərazisində dörd piyadanı vurub.

Piyadalar müxtəlif xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Onların adı aşağıdakı kimidir:

Nemət Məmmədov;

Nurlan Abdullayev;

Səyyar Paşayev;

Zabil Mirzəyevi.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası