Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda azyaşlı bacılar kanalda boğulub, araşdırma aparılır - YENİLƏNİB

18:28 - 29 Dekabr 2023 tarixində dərc olunub.

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2019-cu il təvəllüdlü Abdullayeva Nərmin Vüsal qızı və bacısı 2016-cı il təvəllüdlü Abdullayeva Leyla Vüsal qızıdır.

Bədbəxt hadisə bacıların evlərinin qarşısından keçən Cənubi-Muğan kanalında baş verib.

İlkin ehtimala görə, ehtiyatsızlıqdan əvvəlcə kiçik bacı kanala düşüb. Daha sonra böyük bacısı onu çıxarmağa kömək edən zaman o da boğulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16:45

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası