Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə bir neçə binanın yenidən qurulmasına başlanılacaq

16:46 - 28 Dekabr 2023 tarixində dərc olunub.

Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulması işlərinə başlanılacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası