Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna bir il ərzində ABŞ-dan 34 hərbi yardım paketi alıb

16:20 - 28 Dekabr 2023 tarixində dərc olunub.

Ukrayna prezidenti Volodimir Zelenski bir il ərzində Kiyevin Vaşinqtondan 24 milyard dollardan çox hərbi yardım aldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb:

“Bu il ərzində ABŞ 24 milyard dollardan çox dəyərində 34 hərbi yardım paketi təqdim edib.

Prezident köməyə görə təşəkkür edib və Vaşinqtonun bundan sonra da qətiyyətli addımlar atacağına ümid etdiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası