Ucnoqta.az
www.ucnoqta.az

Ohanyanın hərbi hissəsi dövlətə qaltarıldı

14:45 - 28 Dekabr 2023 tarixində dərc olunub.

Ermənistanın Ararat rayonunun Armaş kəndində yerləşən “Erasx 2” hərbi hissəsi dövlətə qaytarılıb və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə veriləcək.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan hökumətin iclasında bildirib.

Bu hərbi hissənin özgəninkiləşdirilməsi işində təqsirləndirilən şəxs parlamentin bu işin tərkib hissəsi kimi toxunulmazlıqdan məhrum etdiyi keçmiş müdafiə naziri Seyran Ohanyan olub.

Müəllif: Ucnoqta.az redaksiyası