Ucnoqta.az
www.ucnoqta.az

Qəzza zolağında həlak olanların sayı açıqlanıb

14:35 - 28 Dekabr 2023 tarixində dərc olunub.

İsrailin Qəzza zolağının yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb, onlarla insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.

Məlumata görə, həlak olanların sayı arta bilər.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Yaxın Şərq münaqişəsinin yeni mərhələsi başlayandan oktyabrın 7-də Qəzza zolağında endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 21 mini, yaralıların sayı 55 mini ötüb. 

Müəllif: Ucnoqta.az redaksiyası