Ucnoqta.az
www.ucnoqta.az

Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb

14:38 - 27 Dekabr 2023 tarixində dərc olunub.

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus T-2 Buckeye iki yerlik təlim təyyarəsi Kalamata şəhəri yaxınlığında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.

Məlumata görə, Yunanıstan Hərbi Hava Qüvvələrinin 120-ci təlim qanadına məxsus iki nəfərlik T-2 təlim təyyarəsi Kalamata aerodromunun şimalında qəzaya uğrayıb. İlkin məlumata görə, yıxılmadan əvvəl partlayış olub. Pilotun havadan çıxmağı bacardığı barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası