Ucnoqta.az
www.ucnoqta.az

İş adamının iki şirkəti eyni anda ləğv olundu

10:47 - 27 Dekabr 2023 tarixində dərc olunub.

"Limak Holding" və "Life Building" şirkətləri ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, hər iki şirkət ləğv olunduqlarını rəsmən elan edib.

Sözügedən şirkətlərin hansı səbəbdən bağlandıqları məlum deyil.

Qeyd edək ki, hər iki biznes qurumunun qanuni təmsilçisi Kamran Habil oğlu Heydərovdur. Onların hər ikisi ötən ilin fevralında yaradılıb.

Müəllif: Ucnoqta.az redaksiyası