Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda silah-sursat tapılıb - Foto

17:00 - 26 Dekabr 2023 tarixində dərc olunub.

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası