Ucnoqta.az
www.ucnoqta.az

Qırımızı işıqda keçən skuter sürücüsü belə vuruldu - VİDEO

10:45 - 26 Dekabr 2023 tarixində dərc olunub.

Svetoforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. 

Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir.

Müəllif: Ucnoqta.az redaksiyası