Ucnoqta.az
www.ucnoqta.az

Bu xətt üzrə yeni avtobuslar sərnişinlərin xidmətinə verilib

10:28 - 24 Dekabr 2023 tarixində dərc olunub.

108A nömrəli xətt üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətinə verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq bu gündən 108A nömrəli müntəzəm marşrut xətti üzrə ( "Azadlıq prospekti" metrostansiyası - Fatmayı bağları ) müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası