Ucnoqta.az
www.ucnoqta.az

YAP Zaqatala təşkilatının sədri vəfat edib - FOTO

13:21 - 23 Dekabr 2023 tarixində dərc olunub.

 

Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri vəfat edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurban oğlu Qurbanov bu gün səhər saatlarında Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, H.Qurbanov 1970-ci ildə Zaqatalanın Qımır kəndində anadan olub.

Müəllif: Ucnoqta.az redaksiyası