Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt yolunda qəza olub, 8 nəfər xəsarət alıb -  FOTO

11:47 - 23 Dekabr 2023 tarixində dərc olunub.

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. “Opel” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində hər maşında 4 nəfər olmaqla, 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası