Ucnoqta.az
www.ucnoqta.az

Hizbullah Livanla sərhəddə İsrail yaşayış məntəqələrinə zərbələr endirib

19:33 - 22 Dekabr 2023 tarixində dərc olunub.

"Hizbullah"ın silahlı qanadının döyüşçüləri İsrailin şimalındakı Menara, Misgav Am, Shomera və Even Menachem yaşayış məntəqələrini artilleriya və minaatanlardan atəşə tutublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun hərbi-informasiya xidmətinin Telegram-kanalında bildirilib. Məlumatda bildirilir ki, əməliyyat “Qəzza zolağında İsrail işğalçılarına qarşı çıxan Fələstin müqavimət qüvvələrinə dəstək məqsədilə” həyata keçirilib. 

Müəllif: Ucnoqta.az redaksiyası