Ucnoqta.az
www.ucnoqta.az

Peruda mədənin çökməsi nəticəsində 7 şaxtaçı həlak olub

11:18 - 22 Dekabr 2023 tarixində dərc olunub.

Peruda şaxtanın çökməsi nəticəsində azı 7 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RPP radiostansiyası yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, La Rinconada şəhərində mədəndə 7 şaxtaçı həlak olub.

İlkin məlumatlara görə, Sapo de Oro mədən layihəsinin şaxtalarından birində çökməyə səbəb qəza olub.

Ölənlərin cəsədləri çıxarılıb. Prokurorluq araşdırmalara başlayıb.///tass

Müəllif: Ucnoqta.az redaksiyası