Ucnoqta.az
www.ucnoqta.az

100 yaşlı dietoloqdan uzun yaşamaq üçün düzgün qidalanma məsləhəti

01:40 - 22 Dekabr 2023 tarixində dərc olunub.

Uzunömürlülük üçün yaxşı qidalanma vacibdir. Nə yediyiniz və nə vaxt yediyiniz önəmlidir. 

Ucnoqta.az GBN-ə istinadən xəbər verir ki, 100 yaşlı dietoloq Con Şarffenberq ömrünü uzatmaq üçün əməl etdiyi pəhriz qaydalarını paylaşıb.
Onun sözlərinə görə, işlənməmiş və müəyyən vaxtlarda yemək lazımdır.

Dr.Şarffenberq salatların faydalı olduğunu vurğulayıb.
"Hər gün salat yeyən insanların ölmə ehtimalının əhəmiyyətli dərəcədə azaldığını aşkarladım" – o, deyib.

Ekspert əmindir ki, tərkibində A və C vitamini olan qidalar ölüm nisbətini təxminən dörddə üç azaldır.
Bundan əlavə, Şarffenberq etiraf edib ki, fasilələrlə oruc tutur və gündə iki dəfə yemək yeyir, o, yalnız səhər yeməyi və nahar edir.

Müəllif: Ucnoqta.az redaksiyası