Ucnoqta.az
www.ucnoqta.az

Praqada baş verən atışmada 10 nəfər həlak olub

20:21 - 21 Dekabr 2023 tarixində dərc olunub.

Praqada Çarlz Universitetinin fəlsəfə fakültəsində baş verən atışmada azı 10 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə lidovky.cz xəbər portalı məlumat yayıb.

Məlumata görə, daha 9 nəfər ağır yaralanıb. Orta və yüngül xəsarət alanlar da var.

Hücum edən şəxs polisin əməliyyatı zamanı öldürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası