Ucnoqta.az
www.ucnoqta.az

ADY bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

18:42 - 21 Dekabr 2023 tarixində dərc olunub.

Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dan Ucnoqta.az-a verilən məlumata görə, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.

 

Müəllif: Ucnoqta.az redaksiyası