Ucnoqta.az
www.ucnoqta.az

“COP29-un Azərbaycana həvalə edilməsi təhlükəsizliklə bağlıdır” - Aygün Əliyeva

17:07 - 18 Dekabr 2023 tarixində dərc olunub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29-un Azərbaycan həvalə edilməsinin onun müasir infrastrukturu, həmçinin təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

“Report” xəbər verir ki, o bu barədə gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ictimai müzakirə zamanı danışıb.

A.Əliyeva söyləyib ki, xüsusilə antiterror tədbirlərindən sonra Azərbaycan ən təhlükəsiz dövlətlərdən birinə çevrilib:

“Əlbəttə, bu, hər kəsin diqqətini çəkir”.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan, həmçinin ekoloji təhlükəsizliklə bağlı ciddi işlər görür:

“Əminəm ki, COP29-a uğurla ev sahibliyi edəcəyik və bunun dividendlərini görəcəyik. Bu bizim COP29-la bağlı ilk ictimai müzakirəmizdir. Oxşar təşəbbüslər davam edəcək”.

Müəllif: Ucnoqta.az redaksiyası