Hindistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin ocağı 35 km dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.