Ucnoqta.az
www.ucnoqta.az

Qatarlarının sürət həddi bərpa olunub

13:48 - 18 Dekabr 2023 tarixində dərc olunub.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, dünən Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bu hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Əlavə etmək lazımdır ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası