Ucnoqta.az
www.ucnoqta.az

Qvineyanın paytaxtında partlayış - onlarla insan yaralanıb

10:39 - 18 Dekabr 2023 tarixində dərc olunub.

Qvineyanın paytaxtı Konakridə yanacaq anbarında baş verən partlayış nəticəsində onlarla insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Africaguinee məlumat yayıb.

Qeyd olunur ki, partlayış dekabrın 18-də yerli vaxtla gecə yarısından sonra hökumət binalarının yerləşdiyi Kalum rayonunda baş verib. Yaralılar Konakrinin iki əsas xəstəxanasına göndərilib.

Gömrük xidmətindən bildirilib ki, partlayış baş verən ərazidə elektrik enerjisi tamamilə kəsilib.

Müəllif: Ucnoqta.az redaksiyası