Ucnoqta.az
www.ucnoqta.az

İham Əliyevin prezidentliyə namizədlik sənədləri MSK-ya təqdim edildi 

13:27 - 17 Dekabr 2023 tarixində dərc olunub.

Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

Ucnoqta.az xəbər verir ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. 

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Müəllif: Ucnoqta.az redaksiyası