Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda sənədsiz odlu silahlar götürülüb

18:25 - 16 Dekabr 2023 tarixində dərc olunub.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası