Ucnoqta.az
www.ucnoqta.az

MSK jurnalistlərə mükafat verəcək

17:30 - 16 Dekabr 2023 tarixində dərc olunub.

Xankəndidən bizə birinci hansı KİV məlumat versə, MSK adına ona mükafat verəcəyik”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Şuşa, digər yerlər öz yerində, amma Xankəndidən ilk hansı TV bizə ilk məlumatı versə, ona xüsusi mükafat təsis edəcəyik:

“Azad edilmiş ərazilərdə seçkilərlə bağlı komissiya üzvü Tofiq Həsənov, Altay Cəfərov və Ramini dünəndən Xankəndiyə göndərmişik. Onlar bu gün bizə çatdırıblar ki, Ağalıda harada məntəqələr olacağını göndəriblər. Orada binalar hamısı yeni tikilib. Oradakı məntəqələr digər yerlərdəkinə nümunə olacaq məntəqələrdir. Xankəndi, Şuşa, Laçında biz dünyaya nümayiş etdirəcəyik ki, tikinti-quruculuq işləri gedən yerlərdə də biz məntəqələr yaradacağıq. KİV-lər dünyaya çatdırmalıdır ki, oralarda seçki keçirməyə bir dənə də bina yoxdur. Ən pis halda tikinti quruculuq işləri aparanların yerində biz məntəqə yaradacağıq. Xankəndidə məhz həmin o binada Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən və orada ilk 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq. Gözəl tarix yaşayırıq. KİV-lər azad edilmiş ərazilərdəki seçkiləri daha yaxşı işıqlandırmalıdır. Dünya bilməlidir ki, artıq Azərbaycan xalqı orada oturuşub”.

Müəllif: Ucnoqta.az redaksiyası