Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qadının çantasından patron aşkarlanıb

15:01 - 16 Dekabr 2023 tarixində dərc olunub.

Sumqayıt şəhərində qadının çantasından patron aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, Səbail rayon sakini, 1990-cı il təvəllüdlü Könül Mehman qızı Mehtiyevanın əl çantasından bir ədəd doqquz kalibrli “Makarov” tipli tapançaya məxsus patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası