Ucnoqta.az
www.ucnoqta.az

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

22:39 - 15 Dekabr 2023 tarixində dərc olunub.

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 16-da dağlıq və dağətəyi yollarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası