Ucnoqta.az
www.ucnoqta.az

Kiyev Ukraynadakı münaqişədə qalib gələ bilməz və ABŞ bunu bilir - Peskov

20:11 - 15 Dekabr 2023 tarixində dərc olunub.

Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə qalib gələ bilmir və ABŞ bunu bilir.

Ucnoqta.az xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Siz onlara deyirsiz: Gedin və ölün. Narahat olmayın, biz sizə kifayət qədər pul və silah verəcəyik, ancaq gedib ölmək lazımdır. Və siz (ABŞ) bilirsiniz ki, onlar (Ukrayna hakimiyyəti) qalib gələ bilməz” - Peskov bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası