"Azərsu" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verib.
Valyuta.az-ın məlumatına görə, ASC barəsində məhkəməyə şikayət verən dövlət orqanı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətidir.
Xidmət məhkəmdə ASC barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi” haqqında iddia qaldırılıb.
İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə baxılacaq.