Ucnoqta.az
www.ucnoqta.az

Bakıda dəm qazı normadan yüksək olub

18:05 - 15 Dekabr 2023 tarixində dərc olunub.

Bakıda havada dəm qazı 1,3 dəfə normadan yüksək olub.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Müəllif: Ucnoqta.az redaksiyası