Ermənistanda bir neçə kəndin balıqçıları etiraz əlaməti olaraq Yerevan-Sevan magistral yolunu bağlayıblar
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, yolda nəqliyyatın hərəkəti iflic olub.
Kənd sakinləri hökumətin onlara balıq tutmağa qadağa qoymasından şikayətlənirlər. Etirazçılar qubernator və ətraf mühit naziri ilə görüş tələb edir və bu baş verənə qədər yolu açmayacaqlarını deyirlər.