Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan əhalisinin sayı açıqlanıb

13:26 - 15 Dekabr 2023 tarixində dərc olunub.

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.

Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Müəllif: Ucnoqta.az redaksiyası