Dekabrın 15-də səhər saatlarında iki güclü M sinfi günəş partlaması baş verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, dekabrın 14-də ekspertlər son illərdə X2.9 sinfinə aid ən güclü günəş partlayışı qeydə alıblar ki, bu da artıq “aşağı enerjili proton axınlarının Yerə yaxın kosmosa hücumuna” səbəb olub.