Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyanın tətbiq etdiyi sanksiyalar paketinə bir neçə erməni şirkəti də daxildir

11:14 - 15 Dekabr 2023 tarixində dərc olunub.

Yaponiyanın bir neçə ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalar paketinə bir neçə erməni şirkəti də daxil edilib

Ucnoqta.az xəbər verir ki, onların arasında Ermənistanın “Taco LLC” şirkəti də olub. O, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sanksiyalar siyahısına daxil edilib.

İrəvanda qeydiyyatdan keçmiş şirkət üçün ixrac qadağaları dekabrın 27-dən tətbiq olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası