Ucnoqta.az
www.ucnoqta.az

Sülhməramlıların Qarabağdakı komandanlığı Azərbaycan tərəfi ilə müzakirə aparıb

20:22 - 14 Dekabr 2023 tarixində dərc olunub.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RMK) komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində deyilir.

“RMK komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - bülletendə deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası