Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya məxsus pilotsuz təyyarə Rumıniya ərazisinə düşüb

16:57 - 14 Dekabr 2023 tarixində dərc olunub.

Rusiyaya məxsus pilotsuz təyyarə Rumıniya ərazisinə düşüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, PUA Ukraynanın Reni limanından 8 km aralıda yerləşən Qrinda kəndi yaxınlığında yerə düşüb və geridə bir yarım metrlik krater yaradıb.

Nazirlik açıqlamasında bildirib ki, bununla əlaqədar F-17 döyüş təyyarələri və Eurfighter hərbi təyyarələri səmaya qaldırılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb və Müdafiə Nazirliyi Rusiya Federasiyasının Ukraynaya qarşı hərəkətlərini kəskin şəkildə pisləyib.

Müəllif: Ucnoqta.az redaksiyası