Ucnoqta.az
www.ucnoqta.az

"Düşünmürəm ki, MDB-dən çıxmaq Ermənistanın maraqlarına uyğundur" - Putin

16:51 - 14 Dekabr 2023 tarixində dərc olunub.

"Qarabağdan imtina edən biz deyildik. Qarabağı Azərbaycanın bir hissəsi kimi fəal şəkildə tanıyan Ermənistan idi".

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib. Putin qeyd edib ki, bu qərarla bağlı bizə məlumat verilməyib:

"Düşünmürəm ki, KTMT, Aİİ və MDB-dən çıxmaq Ermənistanın maraqlarına uyğundur. Bizə verilən məlumata görə, Ermənistanın baş nazirinin tədbirlərdə iştirak etməməsi təşkilatlarla işləmək istəyinin olmaması ilə deyil, Ermənistanda baş verənlərlə bağlıdır".

Müəllif: Ucnoqta.az redaksiyası