Rusiya qoşunları Ukraynanın əks-hücum əməliyyatı başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 747 tankını və demək olar ki, 2,3 min müxtəlif zirehli texnikasını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin birbaşa və mətbuat konfransında bildirib.
"Əks-hücum adlandırılan əməliyyatdan başlayaraq, biz 747 tankı məhv etdik, bu, dünən axşama olan məlumata görə, demək olar ki, 2,3 min zirehli texnikadır. Bu, demilitarizasiyadır", - Putin bildirib.
O, Ukraynanın Qərb ölkələrindən 400-ə yaxın tank aldığını bildirib. Prezidentin sözlərinə görə, “qərblilər” söz verdikləri qədər tank veriblər.